Nazirlikdən 80 minlik cəza

Nazirlikdən 80 minlik cəza
  05 May 2015    Oxunub:1518
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumatına görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 219 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 117 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 44 iş üzrə 78800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 7298.92 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 341 iş üzrə 80715.2 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 16, icra qurumlarına 13, məhkəmələrə isə 6 iş göndərilib.


Teqlər:  





Xəbər lenti