22 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Nazirlikdən ərəb ovçularla bağlı açıqlama - Fotolar

Tarix 10.02.17, 14:02

Font ölçüsü : - / +

Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirmələri və qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarında təhlil edilib.


AzVision.az xəbər verir ki, ETSN-nin mətbuat xidməti sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində ərəb turistlərin çöl quşları və dovşanlarını kütləvi şəkildə ovlayan ərəblərlə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Eyni zamanda, yayılan çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub.

Qeyd edək ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.

Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.

Eyni zamanda, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərimizə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq.

Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.
ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edir.







Aytən Zəhra
AzVision.az


Xəbərin oxunma sayı : 2197


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2135

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

ABŞ rəsmiləri İlham Əliyevin qəbulunda İndianada `Xocalını Anma Günü` elan edildi Düşmən bu gecə də mövqelərimizi atəşə tutub Ötən il 176 qadın intihar edib - 2221 zorakılıq faktı BMT-nin baş katibi Qarabağ çağırışı etdi Sarkisyan təcili iclas keçirdi Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir Neftin qiyməti ilə bağlı bunu gözləməyin! Ermənistan Azərbaycanla sərhəd kəndləri silahlandırır Mahnı üstündə qardaşını öldürdü - Qətlin təfərrüatı (Video) Ukrayna Qarabağdakı `referendum`u tanımır Dünyanın məşhur KİV-ləri Mehriban Əliyevadan yazdı Ərdoğan Mehriban Əliyevanı təbrik etdi `WhatsApp`dan daha bir yenilik Sülh Platformasına daha bir nəfər qoşuldu Məmmədyarov və Çavuşoğlu Xocalı ilə bağlı beynəlxalq konfransda Vəhşi heyvanların böyütdüyü insanlar - FOTOLAR Novruz bayramı niyə yadlaşır? - Papaq müəmması Putin Kim Çen Ina qarşı sanksiya tətbiq edir `Hamı bu vəzifədə Mehriban xanımı görürdü` - Novruz Məmmədov `Azərbaycan bu təyinatı çoxdan gözləyirdi` - Deputatlar Vitse-prezident hansı səlahiyyətlərə malikdir? `Tramp Azərbaycanla bağlı 907-ci düzəlişi dondurmalıdır` İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirilib İlham Əliyev Təhlükəsizlik Şurasını topladı - FOTOLAR Pakistan erməniləri ifşa etdi - `Referendum` yalanı `Cocuq Mərcanlıda məscid tikiləcək` - Şeyx Ərdoğanla görüşdən sonra ABŞ-dan mühüm açıqlama Aleksandr Lapşinin vəkili dəyişdirildi Əli Kərimlidən şikayətçilərə 500 manatlıq təklif - (SƏS YAZISI)

XƏBƏR LENTİ