Nazirlikdə təyinatlar - SİYAHI

Nazirlikdə təyinatlar - SİYAHI
  25 İyul 2014    Oxunub:829
Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyində bir sıra təyinatlar edib.
AzVision.az-ın məlumatına görə, Elmir Tofiq oğlu Vəlizadə dövlət başçısının digər sərəncamı ilə nazir müavini təyin edilib.

Eyni zamanda Adil Abdulxalıq oğlu Qəribov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

Bildirək ki, akademik A. Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitunun direktorudur.

Xatırladaq ki, prezidentin digər sərəncamı ilə nazir Əli Abbasovun müavini İltimas Məmmədov birinci müavin təyin edildi.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir müddət öncə ləğv edilərək, onun bazasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti