Nazirlikdə Apellyasiya Şurası yaradıldı

Nazirlikdə Apellyasiya Şurası yaradıldı
  06 Fevral 2016    Oxunub:1606
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti