Nazirlikdə 99 vəzifə üzrə 103 vakant yer

Nazirlikdə 99 vəzifə üzrə 103 vakant yer
  23 Aprel 2014    Oxunub:1019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb.

Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayanın saytında (www.dqmk.gov.az), həmçinin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) tanış olmaq mümkündür.

Son vaxtlarda nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşlar vəzifələrindən azad ediliblər. Bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyayası ilə əməkdaşlıq daha da gücləndirilib. Belə ki, bir müddət öncə Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınmışdı. Məlumatlar əsasında 35 nəfər gənc nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilmişdi. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilmişdi.


Teqlər:





Xəbər lenti