Nazirlik şagirdlərin işini asanlaşdırdı

Nazirlik şagirdlərin işini asanlaşdırdı
  02 Oktyabr 2014    Oxunub:1575
Təhsil Nazirliyi yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verib.
AzVision.az xəbər verir ki, portalın hazırlanmasında məqsəd təhsil alanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar.

Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq.
Nazirlikdən o da bildirilib ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti