Nazirlik 4 klinikanı cəzalandırdı

Nazirlik 4 klinikanı cəzalandırdı
  04 Mart 2015    Oxunub:2665
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, son dövrlərdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib.

Belə pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, «İdeal Tibb Şirkəti» MMC və «Diaqnoz Tibb Şirkəti» MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti