Nazirlərin görüş günləri və yeri - SİYAHI

Nazirlərin görüş günləri və yeri - SİYAHI
  01 Mart 2015    Oxunub:3382
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri bölgələrdə vətəndaşlarını qəbulunu davam etdirir.
AzVision.az onların 2015-cü ilin mart ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlini təqdim edir:

Təhsil naziri Mikayıl Cabbarov martın 10-u Masallıda cənub zonasının sakinlərini qəbul edəcək. Gənclər və idman naziri Azad Rəhimov martın 1- də Mingəçevirdə Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Bərdə, Tərtər və Ağsu rayon sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov martın 13-ü Şabranda şimal bölgəsinin sakinlərini qəbul edəcək.

Ədliyyə naziri Fikrət Məmmədov martın 13-də Ağdaş, Mingəçevir və Yevlax rayon sakinlərini qəbul edəcək. Eyni tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Yevlax, Mingəçevir və Bərdə sakinlərini qəbul edəcək. Kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy, Yevlax, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat Naziri Ziya Məmmədov da həmin gün Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev isə Mingəçevir, Yevlax, Bərdə və Goranboy rayon sakinlərini qəbul edəcək.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16- da Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.



Teqlər:





Xəbər lenti