Nazirlərin Naxçıvan görüşünün təfərrüatı - VİDEO

Nazirlərin Naxçıvan görüşünün təfərrüatı - VİDEO
  21 Avqust 2014    Oxunub:1349
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə əldə olunmuş razılığa əsasən quru qoşunların, hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimləri keçiriləcək.
İlk növbədə təlimlər bölük və tagım şəklində növbəli şəkildə hər 3 ölkədə baş tutacaq. Müdafiə nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, Ramiz Nəcəfovun ANS-ə verdiyi eksklüziv açıqlamaya görə, hərbi təlimlərdə hər 3 ölkənin müəyyən sayda şəxsi heyəti, silah-sursatı ilə birgə iştirak edəcək. Belə bir təcrübə hələ 2000-ci ildən mövcud olub.

3 ölkə müdafiə nazirlərinin birgə razılaşmasına əsasən neft-qaz layihələrinin mühafizəsi birgə həyata keçiriləcək. Bunun üçün ayrıca hərbi təlimlər baş tutacaq. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis- Ərzurum və Bakı-Tiflis-Qars dəmiryolu layihələrinin mühafizə zolağında baş verə biləcək hər hansı bir müdaxiləyə, terrorçuluğa Azərbaycan, Gürcüstan və Türkiyə ordusu dərhal birgə adekvat cavab verəcək.

3 ölkənin ordusunun NATO, sülhməramlı tədbir və təlimlərdə tərəfdaş kimi birgə çıxış etməsi barədə də razılıq əldə olunub.

Görüş ilk dəfə idi ki, Naxçıvanda keçrilirdi. Nazirlər səfər çərçivəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində olmuş, döyüş hazırlığı, nizam-intizam, zabit və əsgər heyəti üçün yaradılan şəraitlə də tanış olublar. Həm İsmət Yılmaz, həm Georqi Alasaniya Naxçıvan ordusunun hərbi-texniki təchizatından razılıq ifadə ediblər.

Müdafiə nazirlərinin növbəti görüşü Gürcüstanda olacaq. Görüşdə hərbi memorandumun imzalanması gözlənilir.(ans)




Teqlər:





Xəbər lenti