Nazirlər Kabinetinin 30 əməkdaşı tutuldu, generallar istefa verdi

Nazirlər Kabinetinin 30 əməkdaşı tutuldu, generallar istefa verdi
  28 İyul 2016    Oxunub:2716
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan kütləvi ixtisarlar davam edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabineti aparatının Fəthullah Gülən terror təşkilatı ilə əlaqə qurmaqda ittiham edilən 30 əməkdaşı saxlanılıb. Onların adları açıqlanmayıb.

Bundan başqa daha iki general istefaya gedib. Bunlar Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı, general-leytenant Kamil Başoğludur.

Eyni zamanda Türkiyə Jandarm Qüvvələri Komandanlığı və Sahil Mühafizəsi Komandanlığı Daxili İşlər Nazirliyinə birləşdiriləcək. Bununla əlaqədar müvafiq fərman veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti