Nazirin yeznəsinə yeni vəzifə verildi

Nazirin yeznəsinə yeni vəzifə verildi
  12 Fevral 2016    Oxunub:15458
Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib.
Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar.

AzVision.az-ın əldə etdiyi məlumata görə, nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti