Nazirin müğənni gəlini biznes-ledi oldu

Nazirin müğənni gəlini biznes-ledi oldu
  11 Fevral 2016    Oxunub:2580
Azərbaycanın beynəlxalq mahnı müsabiqəsi “Eurovision-2010” təmsilçisi Safura Əliyeva İstanbulda orqanik gözəllik salonu açıb.
AzVision.az 1news.az -a istinadla xəbər verir ki, Safura 2013-cü ilin yayında ailə qurub. İş adamı Fərhad Əliyevə ərə gedən “Eurovision-2010” ulduzu səhnədən gedib.

O, həyat yoldaşı ilə İstanbula köçüb, gənc ailənin İsgəndər adlı oğlu var.

Xatırladaq ki, bu yaxınlarda Safura Əliyeva İstanbulda bədii qalereya açıb və öz adının ilk hərfini verərək həmin qalereyanı “S” adlandırıb.

Bu günlərdə isə İstanbulda “S Organic Beauty” adlı orqanik gözəllik salonu açıb.

“Bu İstanbulda ilk orqanik gözəllik salonudur. Bütün məhsullar İsveçdən gətirilir və təbiidir. Qadınlara lazım olan bütük gözəllik xidmətləri burada var.

Salonda SPA-prosedurlar daxil olmaqla arıqlamaq üçün xüsusi otaqlar, sağlamlaşdırıcı masajlar və s. xidmətlər təklif edilir”, - deyə S.Əliyeva deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti