Nazirin görüşü təxirə düşdü

Nazirin görüşü təxirə düşdü
  20 Noyabr 2014    Oxunub:1332
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşların bu il noyabrın 21-də Saatlı şəhərində keçirilməsi nəzərdə tutulan qəbulunun vaxtında dəyişiklik edilib.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirin Saatlı şəhərindəki olacaq qəbulun vaxtı dekabr ayına keçirilib.


Teqlər:





Xəbər lenti