Nazirin çıxışı həmkarını çətin vəziyyətə saldı - VİDEO

Nazirin çıxışı həmkarını çətin vəziyyətə saldı - VİDEO
  29 Avqust 2016    Oxunub:3653
Türkiyənin xarici işlər naziri Mövlud Çağuşoğlu hollandiyalı həmkarı Bert Koenderslə Ankarada birgə keçirdiyi mətbuat konkransında maraqlı anlar yaşanıb.

XİN rəhbəri jurnalistlər tərəfindən ona ünvanlanan sualı cavablandırarkən həmkarının reaksiyası diqqət çəkib.

“Hollandiya və ya hər hansı bir başqa ölkə Türkiyədə baş verən hadisələrlə bağlı bizə demokratiya, hüquq dərsi keçməyə çalışarkən, bu, Türkiyənin daxili işlərinə qarışmaq hesab olunmur, ancaq Avropada yaşayan türklərlə bağlı eyni düşüncəni biz ifadə edəndə, bu, həmin ölkələrin daxili işlərinə qarışmaq hesab olunur. Bu, ikili standartdır”.

Çavuşoğlunun çıxışı Koendersi çətin duruma salıb və o, su içmək məcburiyyətində qalıb.

AzVision.az həmin anları əks etdirən videonu təqdim edir:

Watch video!

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti