Nazirin bacısını oğurladılar

Nazirin bacısını oğurladılar
  26 Oktyabr 2014    Oxunub:2368
Nigeriya dünyanın 8-ci ən böyük neft istehsalçısıdır. Korrupsiyanın səviyyəsinə görə isə şəriksiz liderdir. Nigeriya hökuməti 2012-2013-cü illərdə neft ixracatından əldə edilmiş 50 milyard dolları yoxa çıxarmışdı. Ötən il “The Financial Times” ölkənin Mərkəzi Bankının rəhbəri Lamido Sanusinin Nigeriya prezidenti Qudlak Conatana yazdığı məktubda belə bir faktın vurğulanması haqqında xəbər yaymışdı.

AzVision.az-ın musavat.com-a istinadən məlumatına görə, indi “Agence France-Presse” bildirir ki, bu ölkənin ən güclü şəxsiyyətlərindən hesab oluanan neft naziri, xanım Diezani Alison-Maduekenin bacısı oğurlanıb. Hazırda Osio Agama haqqında heç bir məlumat yoxdur. Nigeriya Daxili İşlər Nazirliyinin sözçüsü Əhməd Məhəmməd deyib ki, hələ ki, oğurlanmış qadına görə pul istəyən olmayıb.

Agentlik xatırladır ki, 2012-ci ildə Nigeriyanın Maliyyə naziri Ngozi Okonjo-Iweala-sın 82 yaşlı anası pul əldə etmək üçün oğurlanmışdı.

Adı çəkilən hər iki nazir prezident Qudlak Conatanın ən nüfuzlu nazirlərindən sayılır.

Maraqlıdır ki, Qudlak Conatanın 70 yaşlı əmisi də bu ilin əvvəlində adam oğruları tərəfindən qaçırılmışdı. Onu yalnız bir həftə sonra geri almaq mümkün olmuşdu.

Agentlik bildirir ki, son dərəcə varlı ölkə olan Nigeriyada korrupsiya ucbatından xalq acınacaqlı vəziyyətdə yaşayır. Əhalinin əksəriyyəti işsizdir. Ona görə də ölkədə bu kimi adam oğurluqları tez-tez baş verir. Yerli iş adamları, siyasətçilər və əcnəbilər bu kimi cinayətlərə hədəf olaraq seçilirlər.



Teqlər:





Xəbər lenti