Nazirin bacısı bazarda satıcı işləyir - VİDEO

Nazirin bacısı bazarda satıcı işləyir - VİDEO
  25 May 2016    Oxunub:17677
Türkiyənin yeni elm, sənaye və texnologiya naziri Faruk Ozlünün bacısının bazarda işlədiyi məlum olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 yaşlı alverçi Mürvet Çolak tərəvəz satışı ilə məşğuldur. O, qardaşının nazir təyin olunması xəbərini bazarda eşitdiyini deyib.

Qardaşı nazir olsa da, Mürvet Çolak Düzcənin Topçular kəndində yaşayır.

"Vətənimizə, millətimizə xeyirli olsun. Qardaşımın nazir olmasına çox sevindim. O, çalışqan, dürüst insandır. Qardaşımın dürüstlüyünə, savadına söz ola bilməz"-deyə Mürvet Çolak bildirib.





AzVision.az


Teqlər:  





Xəbər lenti