Nazirin görüş vaxtı dəyişdirildi

Nazirin görüş vaxtı dəyişdirildi
  24 Oktyabr 2016    Oxunub:1176
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla 27 oktyabr 2016-cı il tarixində nəzərdə tutulmuş görüş noyabr 3-ə keçirilib. Görüş saat 10.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti