Nazirdən yarmarkalarla bağlı xüsusi göstəriş

Nazirdən yarmarkalarla bağlı xüsusi göstəriş
  20 Aprel 2015    Oxunub:1772
Novruz bayramı ilə əlaqədar metro stansiyalarının çıxışında quraşdırılan satış yerləri yığışdırılmayacaq, əksinə genişləndiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Haciyev AzVision.az-a bildirib ki, paytaxt Bakıda 50-yə yaxın yerdə satış yarmarkaları təşkil olunacaq: “Metronun bəzi stansiyalarının çıxışlarında quraşdırılan satış yarmarkaları genişləndiriləcək. 50-yə yaxın yerdə bu tipli satış yerləri tikiləcək. Hələ ki, satış yerlərinin harada olacağı dəqiqləşməyib”.

Yarmarkalarda süni qiymət artımına gəlincə nazirlik sözçüsü bildirib ki, rəhbərlik səviyyəsində bu məsələyə nəzarət olunur.

“Süni qiymət artımından söz gedə bilməz”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti