Nazirdən səfirlərin pensiyaları ilə bağlı təklif

Nazirdən səfirlərin pensiyaları ilə bağlı təklif
  31 May 2016    Oxunub:2233
"Prezidentin təsdiq etdiyi pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtda Nazirlər Kabineti tərəfindən prezidentə təqdim ediləcək”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, qanun layihəsi daha sonra parlamentə təqdim ediləcək:

“Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır. Diplomatlara gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif olunur ki, xaricdə çalışan zamanı əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olardı".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti