Nazirdən kreditlərlə bağlı önəmli açıqlama

Nazirdən kreditlərlə bağlı önəmli açıqlama
  21 Aprel 2015    Oxunub:2274
Azərbaycanda ipoteka kreditləşməsinin həcminin artırılması bu bazarda pul çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biridir.
AzVision.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Maliyyə Nazirliyi belə addımları dəstəkləyir: "Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək".

S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.


Teqlər:  





Xəbər lenti