Nazirdən dopinqə görə cərimə təklifi

Nazirdən dopinqə görə cərimə təklifi
  25 İyul 2016    Oxunub:3299
Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisə təkliflərini təqdim edib.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinə edilən təkliflərdə qeyd edilir ki, dopinq vasitələrindən və ya metodlarından istifadəyə məcbur etməyə görə 1000 manatdan 5 min manatadək cərimə və ya 2 ilədək müddətdə islah işləri cəzası tətbiq edilsin. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təkliflərə əsasən, dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılmasına görə 2 ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metofları onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on min manatdək məbləğdə cərimə edilsin.

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə üç min manatdan beş min manatdək məbləğdə cərimə edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti