Nazirdən Nailə Razquliyevanın yerinə təyinat

Nazirdən Nailə Razquliyevanın yerinə təyinat
  28 Avqust 2014    Oxunub:2220
Dünən işdən azad olunan Bakı Təhsil Idarəsinin rəisi Nailə Razquliyevanın yerinə təyinat olub.
Təhsil naziri Mikayıl Cabbarov bu posta İdarənin rəis müavini vəzifəsində çalışan Məmmədəli Kəsəmənlini layiq bilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorundan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məmmədəli Kəsəmənlinin rəis vəzifəsinə rəsmi təyinatı yoxdur, lakin bu vəzifənin icrası müvəqqəti olaraq ona tapşırılıb.

Xatırladaq ki, xeyli müddət idi ki, bu vəzifəni icra edən Nailə Rzaquliyeva dünən təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad olunub. N.Rzaquliyeva mətbuata açıqlamasında öz ərizəsilə işdən getdiyi və bundan sonra heç bir vəzifədə çalışmaq istəmədiyini deyib.


Teqlər:





Xəbər lenti