Nazir universitetə rektor əvəzi təyin edib

Nazir universitetə rektor əvəzi təyin edib
  28 İyun 2016    Oxunub:2543
Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov xəbəri təsdiqləyərək qeyd edib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.



Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.(APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti