Nazir tanınmış şairə villa bağışlayıb?

Nazir tanınmış şairə villa bağışlayıb?
  26 Aprel 2015    Oxunub:12152
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla tanınmış nəğməkar-şair Baba Vəziroğlunun yaxın dost olması hər kəsə məlumdur.
Nazirin ailə məclislərində yaxından iştirak edən Vəziroğlu bildiyimiz kimi, K.Heydərovun əksər mahnılarının söz müəllifidir. Şairlə işbirliyindən məmnun qalan nazirin, hətta bu xidmlətlərinə görə Baba Vəziroğluna villa hədiyyə etməsi haqda da xəbərlər yayılıb. Bildirilir ki, K.Heydərov Vəziroğluna İsmayıllıda bağ evi kimi nəzərdə tutulan gözəl villa bağışlayıb.

Deyilənlərin nə dərəcə doğru olub-olmamasını Baba Vəziroğlunun özündən soruşduq.

Şair AzVision.az-a açıqlamasında İsmayıllıda evinin olduğunu təsdiqləsə də, amma bunun Kəmaləddin Heydərov tərəfindən hədiyyə edilmədiyini deyib.

“Mən özüm ev ala bilmərəm?! Kəmaləddin müəllim mənə niyə ev bağışlamalıdır. Mən özüm qocaman Xalq şairiyəm. İsmayıllıda çox əvvəllər torpaq almışdım. Öz şəxsi pulum hesabına aldığım torpağı öz zəhmətimlə, qardaşlarımla , əllərimlə tikmişəm. Mənə hazır verilməyib. Hazır verilsəydi onun qədrini də bilməzdim. Evimi öz əlimlə, qan- tərimlə tikmişəm , orada növbənöv ağaclar əkmişəm”-deyə B.Vəziroğlu qeyd edib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti