Nazir şikayətləri dinləyəcək

Nazir şikayətləri dinləyəcək
  21 Avqust 2014    Oxunub:1418
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gədəbəy və daha 4 rayonun sakinləri ilə görüşəcək
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Nazirliyin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022) 305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM), (022) 295-13-31 (Qazax rayon ƏSMM), (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin ediləcək.


Teqlər:  





Xəbər lenti