Nazir şəhid ailəsinə ev verdi - Fotolar

Nazir şəhid ailəsinə ev verdi - Fotolar
  20 Oktyabr 2016    Oxunub:9479
Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.



Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ETSN-nin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub. Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.



Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti