Nazir qəbul keçirdi

Nazir qəbul keçirdi
  25 Noyabr 2015    Oxunub:1400
Noyabrın 25-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonu Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
AzVision.az xəbər verir ki, qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar. Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının, o cümlədən Sabirabad "ASAN xidmət" mərkəzində yerləşən ədliyyə təsisatlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub. Hakimlər və ədliyyə işçiləri ilə görüş zamanı ölkə Prezidentinin bu yaxınlarda Şəki Məhkəmə Kompleksinin açılışında keçirdiyi müşavirədə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələbləri diqqətə çatdırılaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti