Nazir məqaləsində İlham Əliyevdən yazıb

Nazir məqaləsində İlham Əliyevdən yazıb
  01 Dekabr 2015    Oxunub:2069
Kosta Rika mətbuatında Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sansın Azərbaycana səfəri ilə bağlı məqalələr dərc edilib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Kosta Rikanın “The Costa Rica News” xəbər portalında Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sansın Azərbaycana səfəri zamanı onun Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev ilə görüşünə dair “Neftlə zəngin Azərbaycan kənd təsərrüfatı sahəsində bacarıqları ilə dünyada tanınmış Kosta Rika ilə münasibətləri gücləndirməyi planlaşdırır, budur nəyi iqtisadçilar xeyirli tərəfdaşlıq adlandırır” adlı məqalə yayılıb.

(https://azvision.az/redirect.php?url=http://thecostaricanews.com/money/costa-rica-and-azerbaijan-to-strengthen-economic-ties/ ).

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Kosta Rika xarici işlər və etiqad naziri cənab Manuel Qonzales Sansın səfər zamanı görüşdüyü və tərəflərin əsasən neft və qaz sahəsi olmaqla öz iqtisadi münasibətlərini müzakirə etdiyi bildirilir.

Həmçinin Azərbaycanın paytaxt Bakıda həyata keçirdiyi sürətli bərpa və inşaat işlərinin qonaqda böyük təəssürat oyatdığı, Bakının dünya neft sənayesində böyük oyunçu olduğu, neft və qaz sahələrində fəaliyyət göstərən böyük şirkətlərin paytaxtda bazalarının yerləşdiyi və ölkə daxili sərmayələrə münasibətdə Azərbaycan Dövlət Neft Fondunun imkanlarının yüksək olduğu qeyd edilir.

Daha sonra məqalədə nazir M. Q. Sansa istinadən Kosta Rikanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə “beynəlxalq hüquqa inandığı və münaqişənin həllinə yönəlik beynəlxalq ictimaiyyətin səylərini və BMT TŞ-nin bütün qətnamələrini dəstəklədiyi diqqətə çatdırılır”.

Kosta Rika xarici işlər və etiqad naziri cənab Manuel Antonio Qonsales Sans tərəfindən “Diario Extra” qəzetində dərc edilmiş “Kosta Rika böyük bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlara malik yeni tərəfdaşlara yaxınlaşır” adlı məqalədə bildirilir ki, yeni siyasi dialoq və əməkdaşlığın əldə olunması, eləcə də bu ölkəyə investisiya cəlb edilməsi ilə əlaqədar olaraq, coğrafi baxımdan fərqli ölkələrlə əməkdaşlığın Kosta Rika tərəfindən real hədəf kimi qoyulduğu diqqətə çatdırılır (https://azvision.az/redirect.php?url=http://diarioextra.com/Noticia/detalle/275421/costa-rica-se-aproxima-a-nuevos-socios-con-grandes-mercados-y-econom%C3%83%C2%ADas-en-expansi%C3%83%C2%B3n).

İqtisadiyyat diplomatiyasının gücləndirilməsi məqsədilə Avrasiyada iqtisadi olaraq inkişaf etməkdə olan ölkələr ilə əlaqələr qurmağa xüsusi diqqət yetirildiyi, bu baxımdan M.A.Sans tərəfindən Azərbaycan və Qazaxıstana səfərlərin həyata keçirlidiyi nəzərə çatdırılır.

M.A.Sans 19-20 oktyabr tarixlərində ilk kosta rikalı xarici işlər naziri olaraq, Xəzər dənizin hövzəsində zəngin neftə malik Azərbaycanın səfər etdiyini nəzərə çatdırır. Səfər zamanı ilk olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı ikitərəfli siyasi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsinin gələcək əməkdaşlığı barədə müzakirələrin aparıldığını ifadə edib.

Daha sonra, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovla iki ölkə arasında mövcud olan siyasi məsləhətləşmələr mexanizmi çərçivəsində görüş keçirdiyindən bəhs edib.

Eyni zamanda qeyd etmişdir ki, Azərbaycan və Qazaxıstan neftlə zəngin ölkələrdir və hər iki ölkə bir çox sahədə Kosta Rika ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu səbəblə hər iki ölkəyə səfər etdiyini və bunun Kosta Rika üçün faydalı olacağını vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti