Nazir iş adamları ilə İrana gedir

Nazir iş adamları ilə İrana gedir
  29 İyul 2015    Oxunub:3101
İqtisadiyyat və Sənaye naziri və iş adamları 3-4 avqustda İrana səfər edəcəklər.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 3-4 avqust tarixlərində iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olacaq.

Bununla əlaqədar bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.

Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılmışdır.

Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti