Nazir bu səbəbə direktoru işdən qovdu - Fotolar
Qeyd olunub ki, aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.
Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb.
Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.
AzVision.az