Nazir Belarus səfirini qəbul edib

Nazir Belarus səfirini qəbul edib
  29 İyul 2015    Oxunub:1977
Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycandakı səfiri Nikolay Paçkeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Səfir Nikolay Paçkeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının mükkəmməl səviyyədə təşkil olunduğunu bildirib. Həmçinin, səfir Paçkeviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir Nikolay Paçkeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti