Nazir 5 rayonun rəisini dəyişdi

Nazir 5 rayonun rəisini dəyişdi
  24 Noyabr 2014    Oxunub:2123
Azərbaycanda 5 rayonun polis rəisi dəyişdirilib.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Balakən rayon Polis Şöbəsinin rəisi Rasim Mustafayev Ağdaş rayonuna, Ağdaş Rayon Polis Şöbəsinin rəisi Telman Ağasıyev Quba rayonuna, Zərdab Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənzadə Balakən rayonuna, Naftalan Şəhər Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə Zərdab rayonuna polis rəisi təyin ediliblər.


Teqlər:  





Xəbər lenti