Nazir 4 idarə rəisini işdən çıxardı

Nazir 4 idarə rəisini işdən çıxardı
  31 Yanvar 2015    Oxunub:2894
Vergilər Nazirliyində kadr dəyişikliyi həyata keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsinin məlumatına görə, aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib. Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti