Nazir 375 ailəyə ev vəd etdi
“Tovuz rayonunda da 9 fərdi ev tikilir. Həmçinin müharibə əlilləri və şəhid ailələri üçün Ağstafa rayonunda 6 ədəd, Qazax rayonunda 14 ədəd, Şəmkir rayonunda 6 ədəd, Gədəbəy rayonunda 4 ədəd fərdi ev inşa olunur. Onlar iki və üç otaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış şəraiti yaradılır”.
Bundan başqa, S.Müslümov adıçəkilən şəxslər üçün mənzil tikintisinin Bakıda da davam etdiyini qeyd edib:
“Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış binası da tikilir. Eyni zamanda, həmin insanlar üçün hazır binalardan mənzillərin alınması və təmiri işləri aparılır”- deyə, Müslümov qeyd edib.
Teqlər: