Naxçıvanda əsgər intihar edib

Naxçıvanda əsgər intihar edib
  16 Aprel 2014    Oxunub:2204
Naxçıvanda Ordumuzun əsgəri özünü güllələyib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, əsgər K.Cəlilov Lənkərandan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti