Naxçıvanda əhalinin gəlirləri artıb

Naxçıvanda əhalinin gəlirləri artıb
  24 Oktyabr 2016    Oxunub:1865
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,3 faiz artaraq 1 milyard 315 milyon 940 min 200 manata, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faizlik artımla 2 min 949,2 manata çatıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 276 nəfər peşə kurslarına, 64 nəfər isə ixtisasartırma kurslarına cəlb edilib. Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 12 məhkum bərbər, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində cari ilin ötən dövründə 1925 nəfər müxtəlif peşələrə yiyələnib.

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2 min 268 yeni iş yeri yaradılıb ki, bunun da 2 min 211-i və ya 97,5 faizi daimidir.

Ötən müddətdə orta aylıq əməkhaqqının məbləği 409,8 manat təşkil edib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti