Natiq Əliyev OPEC-in iclasına hansı mesajla gedir?

Natiq Əliyev OPEC-in iclasına hansı mesajla gedir?
  25 Oktyabr 2016    Oxunub:1683
OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşündə xam neft hasilatının azaldılması və ya dondurulması, eləcə də bunun hesabına cari qiymətlərin mümkün artırılması müzakirə olunacaq.
Görüşə Azərbaycan da dəvət alıb və energetika naziri Natiq Əliyevin toplantıda iştirakı planlaşdırılır.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva AzVision.az-a bildirib ki, dünya bazarında neftin qiymətində sabitləşməyə nail olmaq üçün hasilatın azaldılması zəruri şərt kimi irəli sürür. Azərbaycan bu istiqamətdə aparılan proseslərə öz dəstəyini verir.

“Azərbaycan birmənalı şəkildə bayan edir ki, hasilat və ixracı artırmayacaq. Bu barədə prezident çıxışı zamanı da bildirib. Yəni Azərbaycanın mövqeyi artıq ifadə olunub”.

Qeyd edək ki, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək.N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti