Narkotik alverçisi tutuldu

Narkotik alverçisi tutuldu
  03 Mart 2015    Oxunub:1215
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşından tiryək və həşiş qətran aşkar edilib.
Bu barədə AzVision.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nəsib Babayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 9,141 qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə, xalis çəkisi 6,75 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.


AzVision.az



Teqlər:





Xəbər lenti