Nardaranda telefon xətləri də kəsildi

Nardaranda telefon xətləri də kəsildi
  28 Noyabr 2015    Oxunub:3118
Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil.
AzVision.az xəbər verir ki, bunu APA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb:

“Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.


Teqlər:  





Xəbər lenti