Nardaran hadisələrinə görə 24 nəfər həbs edilib

Nardaran hadisələrinə görə 24 nəfər həbs edilib
  01 Dekabr 2015    Oxunub:8090
Bakı şəhərinin Nardaran qəsəbəsində baş verən hadisələrlə əlaqədar indiyədək 24 nəfər həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin yaydığı rəsmi məlumatda qeyd edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb.

Bildirlib ki, həbs olunanlar arasında dəstənin başçısı Taleh Bağırovun da adı var.

Keçirilən əməliyyat zamanı hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd «Molotov Kokteyli», 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb.

Həmçinin Gəncə şəhərində keçirilən əməliyyat zamanı “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılıb, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb.

Qeyd edək ki, bu saatlarda dövlət başçısı İlham Əliyevin nəzarəti ilə Nardaranda xüsusi əməliyyat keçirilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti