Nardaran hadisələrində ölənlər dəfn edildi

Nardaran hadisələrində ölənlər dəfn edildi
  01 Dekabr 2015    Oxunub:5851
Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələri qəsəbəyə gətirilib.
AzVision.az xəbər verir ki, Əkbər Babayev, Fərahim Bünyatov və qardaşı Rəfael Bünyatov qəsəbə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, bu il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında qeyd olunub ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında əməliyyat təşkil olunub.
Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hadisə nəticəsində dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. A. Hüseyn Gəncə, S. Səfərov Masallı, digər 3 nəfər isə Nardaran sakinidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti