Namizədlərə verilən vaxt başa çatdı

Namizədlərə verilən vaxt başa çatdı
  02 Oktyabr 2015    Oxunub:2181
1 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

AzVision.az-ın məlumatına görə, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi müddəti səsvermə gününə ən çoxu 50, ən azı isə 30 gün qalmış başa çatmalıdır.

Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə gününə ən azı 20 gün qalmış - oktyabrın 12-dək deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçki dairələri üzrə siyahısı dövri nəşrlərdə dərc ediləcək.

Seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlayacaq, oktyabrın 31-də saat 08:00-da isə dayandırılacaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti