Namizədlərə verilən vaxt başa çatdı

Namizədlərə verilən vaxt başa çatdı
  22 Noyabr 2014    Oxunub:1229
Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi üçün ayrılmış müddət başa çatıb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.

Qərara əsasən 1607 bələdiyyəyə 15035 nəfər bələdiyyə üzvü seçilməlidir.Seçki Məcəlləsinin tələblərinə əsasən MSK oktyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə start verilməsi, 22 noyabr saat 18:00-da bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddətinin başa çatması barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov noyabrın 21-də son məlumatları açıqlayaraq 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürüldüyünü, namizədliyini irəli sürənlərin 25 387 nəfərinin (66 faiz) kişi, 8753 nəfərinin (34 faiz) qadın olduğunu, 29 minə yaxın bələdiyyə üzvlüyünə namizədin qeydə alındığını açıqlayıb. O, bu il keçiriləcək bələdiyyə seçkilərində 1 yerə təxminən 2 namizədin iddialı olduğunu bildirib.


Teqlər:





Xəbər lenti