Naməlum şəxs kişi və uşağı güllələyib

Naməlum şəxs kişi və uşağı güllələyib
  19 Aprel 2014    Oxunub:1215
Belçikanın Vize şəhərində naməlum şəxs insanlara atəş açıb. Azvision.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir kişi və 10 yaşlı uşaq ölüb.

Hadisə ötən axşam uşağın xaç atası və onun qadın tanışı ilə idman zalından evə qayıtdığı zaman baş verib.

“Onlar evə qayıdan zaman naməlum şəxs avtomobilindən atəş açmağa başlayıb”– deyə, şəhər meri agentliyə bildirib.

Uşaq və kişi hadisə yerindəcə ölüb. Qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mer əlavə edib ki, qatil öz qurbanlarını hadisə yerində gözləyirmiş. Cinayətin səbəbləri naməlum olaraq qalır. Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti