Naməlum kişi cəsədi tapıldı

Naməlum kişi cəsədi tapıldı
  16 Aprel 2014    Oxunub:1001
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:18-də başa çatıb.


Teqlər:  





Xəbər lenti