Nalbandyanın təcili Moskva səfəri - Qarabağ müzakirəsi (VİDEOXƏBƏR)

Nalbandyanın təcili Moskva səfəri - Qarabağ müzakirəsi (VİDEOXƏBƏR)
  20 Yanvar 2017    Oxunub:3290
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan gözlənilmədən Moskvaya səfərə gedib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, erməni nazir Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Nazirlər Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərinə dair fikir mübadiləsi aparıb.

“Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.

Tərəflər, həmçinin regional və beynəlxalq problemləri müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfər edəcəyinə dair nə Ermənistan, nə də Rusiya KİV-ində məlumatlar yayılmamışdı.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti