Nalbandyan təcili Moskvaya gedir

Nalbandyan təcili Moskvaya gedir
  21 Fevral 2017    Oxunub:1613
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvaya səfər edəcək.
AzVision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Nalbandyanın səfəri iki gün davam edəcək. Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti