NATO zabitlərimizə kurs keçir

NATO zabitlərimizə kurs keçir
  04 Mart 2015    Oxunub:1140
Martın 4-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Almaniyada yerləşən Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən kurs başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri üçün şəxsi heyətin birgə axtarış və xilas edilməsində iştirakına, o cümlədən bu sahədə fəaliyyətlərin təkmilləşdirilərək NATO standartlarına uyğunlaşdırılmasına dair təqdimatların verilməsi nəzərdə tutulub.

Təlim martın 6-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti