NATO erməniləri pislədi

NATO erməniləri pislədi
  25 Noyabr 2014    Oxunub:2511
NATO Parlament Assambleyasının (PA) Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında prezidentlərin Paris görüşünün ardınca Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsi pislənilib.

Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, sessiyada plenar iclas zamanı Azərbaycan nümayəndə heyətinin çıxışında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün ardınca ermənilərin cəbhə xəttində keçirdikləri hərbi təlimlər məsələsi qaldırılıb.

Onun sözlərinə görə, plenar iclası aparan NATO-nun yeni baş katibi Yens Stoltenberq ermənilərin yersiz iradlarını cavabsız buraxaraq, təlimlərlə bağlı Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıb: “O, təlimlərin keçirilməsini pisləyərək, bunu qeyri-qanuni adladırdı. Bildirdi ki, məsələ sülh yolu ilə nizamlanmalı, danışıqların gedişinə hörmət olunmalıdır və NATO üçün ərazi bütövlüyü, suverenlik əsas prinsipdir”.

M.İbrahimqızı onu da bildirib ki, sessiyada həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri tərəfindən təkliflər irəli sürülüb: “Ermənilərin təklifi - xalqların öz müqəddəratını təyin etməsi mövzusu heç müzakirəyə belə buraxılmadı. Azərbaycanın təklifi isə qəbul edilərək “NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edildi. Qətnamənin qəbulu zamanı Ermənistan nümayəndə heyəti ciddi-cəhdlə qarışıqlıq yaratmaq istəsə də, NATO PA-ya üzv ölkələr sənədə səs verdilər”.



Teqlər:





Xəbər lenti