Görüşdə NATO nümayəndə heyətinin diqqətinə regional təhlükəsizlik məsələləri də çatdırılıb.
"NATO Günləri" çərçivəsində NATO nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də ziyarət edib.
General-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi, təlim-tədrisi prosesi və digər fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi məktəbin kafedralarındakı tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqlarla yaxından tanış olub.
Qonaqlara müxtəlif ixtisas fakültələrinin döyüş texnikası və təlim trenajorları, atıcı silahlar və digər hərbi təyinatlı vasitələr barədə ətraflı məlumat verilib.
AzVision.az